XVI əsr Azərbaycan ədəbi dil leksikonu
DOI:
https://doi.org/10.5281/zenodo.11213727Anahtar Kelimeler:
XVI əsr, Azərbaycan ədəbi dili, üslub, janr, alınma sğzlər, forma, məzmun, ərəb sözləriÖzet
Məqalədə XVI əsr Azərbaycan ədəbi dilinə bu dövr dilimizdə işlənən ərəb leksik vahidləri nöqteyi-nəzərindən diqqət yetirilir. Göstərilir ki, XVI əsr Azərbaycan ədəbi dilində ərəb leksik vahidlərinin işlınmş tezliyi ötən əsrlərə nisbətən daha artmışdır. Bunun səbəbi kimi isə klassik kitab üslubunun və janrlarının ədəbiyyatımızda daha bərqərar olması və bu janrların daha çox ərəb leksik vahidlərini tələb etməsi ilə bağlıdır. Eyni zamanda, o da əlavə olunur ki, XVI əsr ədəbi dilində ərəb leksik kəlmələrinin işlənməsi, həmçinin janrlar baxımından da müxtəlif tezliklərə ayrılır. Belə ki, bu leksik vahidlər bəzi janrlarda çox, bəzi janrlarda isə nisbətən az şəkildə öz əksini tapır. Klassik nəsr dili isə bu leksik vahidlərlə daha zəngindir.
XVI əsr Azərbaycan ədəbi dil leksikonuna ümumi bir baxış edib, bu dilin ümumi cizgiləri üzrə müəyyən bir qənaətə gələrkən, bu dildə klassik kitab üslubunun aparıcı rol oynadığını, müəyyən janrların daha aktiv olduğunu və bu aktivliyin təmin olunmasında ərəb-fars leksik vahidlərinin, xüsusilə, ərəb leksik vahidlərinin daha mühüm rol oynadığını görürük. Bu əsrdə ərəb leksikasının Azərbaycan ədəbi dilində mövcudluğunun ən xarakterik əlamətlərindən biri, bu leksikanın istər dünyəvi və istərsə də irfani ədəbiyyatda aktiv olması, lakin birində daha çox, digərində isə yenə də çox, amma birinciyə nisbətən bir qədər dünyəvi məzmunda nəzərə çarpması ilə xarakterizə olunur.
Məqalədə XI əsr Azərbaycan ədəbi dilindən bəhs edərkən klassik şeir üslubu, onun ədəbi dilimizlə qarşılıqlı münasibətləri tədqiq və şərh edilməklə göstərilir ki, üslub məsələləri ədəbi dilin özünəməxsusluqları ilə bağlıdırsa, bu zaman, söhbət dediyimiz kimi, orta əsr ədəbi dil üslublarını formalaşdıran janrların janr - qafiyə, vəzn, forma, bənd quruluşu və s. bu kimi problemlərindən deyil, sözsüz ki, ilk növbədə dil materiallarından gedir
İndirmeler
Referanslar
Azərbaycan ədəbi dili tarixi. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, IV cilddə, I cild (XIII-XVI əsrlər), Bakı, Şərq-Qərb nəşriyyatı, 2007
Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı, Elm, 2012
İndir
Yayınlanmış
Nasıl Atıf Yapılır
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2024 EUROASIA JOURNAL OF SOCIAL SCIENCES & HUMANITIES
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisanslanmıştır.