PROFESSOR HƏSƏN MİRZƏYEVİN ELMİ YARADICILIĞINDA FEİLİN TƏSRİFLƏNMƏYƏN FORMALARI - FEİLİ SİFƏT
DOI:
https://doi.org/10.5281/zenodo.7757615Anahtar Kelimeler:
sifət, feili sifət, cümlə, morfologiya, şəkilçi, sözdüzəldici, sözdəyişdirici, omonim, məhsuldarÖzet
Məqalədə filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin Azərbaycan dili qrammatikasının əsas bölməsini təşkil edən, feili sifətlərlə bağlı apardığı tədqiqat işi və bu tədqiqat nəticəsində əldə etdiyi son nəticələr araşdırılıb təhlil edilib dilçilikdə bu sahədə qazandığı mövqe işıqlandırılmışdır Onun adı qeyd olunan sahədə əldə etdiyi keyfiyyətlər və gəldiyi son nəticənin Azərbaycan dilçiliyində olan boşluğun doldurulmasındakı xidmətləri faktlar əsasında qeyd edilib ortaya çıxarılmışdır.
Azərbaycan dili qrammatikasının ən maraqlı, az tədqiq olunan və yenə də tədqiqə ehtiyacı olan sahələrindən biri də feilin təsriflənməyən formalarıdır. XIX əsrdən başlayaraq nəşr olunan dərsliklərlə tanış olduqda görürük ki, həmin dərsliklərlə qrammatikanın feil bölməsi geniş şəkildə öz əksini tapsa da, feilin təsriflənməyən formaları haqqında geniş məlumat verilməmişdi. Yalnın feilin məsdər forması haqqında geniş danışılmışdı,. Məsdər hərəkətin adını bildirdiyi üçün feildən danışılan zaman mütləq məsdərdən də danışmaq lazım gəlir. Məsdər haqqında N. Nərimanovun 1899-cu ildə nəşr olunan “Türk - Azərbaycan dilinin müxtəsər sərf- nəvi” dərsliyində yazılır:" Məsdər nə zat ( ə. Sahib, ) bildirir, hə də zaman. Məsələn: gəlmək, getmək, oxumaq"..
Sonralar ardıcıl olaraq nəşr olunan bir çox dərslik və qrammatika kitablarında bu məsələyə toxunulmuş və haqqında geniş məlumat verilmişdir. Feilin təsrilənməyən formalarından XX əsrdə ən geniş məlumat verən, dolayısı ilə desək, bu məsələyə xüsusi əsər həsr edən, dövrünün görkəmli dilçilərindən biri olan dilçi - türkoloq, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Həsən Mirzəyev olmuşdur. Onun nəşr etdirdiyi “Azərbaycan dilində feil” əsəri bu cəhətdən diqqətəlayiqdir. Alimin seçilmiş əsərlərinin 2-ci cildinin III hissəsi “Təsriflənməyən feillər” adalanır. Bu bölmənin birinci fəsli “Türkologiyada feili sifet problemi və onu əmələ gətirən şəkilçilərin xüsusiyyətləri", ikinci fəsil “Feili sifətin feil ilə müştərək və fərdi xüsusiyyətləri”, üçüncü fəsil isə "Feili sifətin sifət ilə müştərək və fərdi xüsusiyyətləri və onun substantivləşməsi” adlanır. Feli sifetin tədqiqindən danışan professor bu məsələ ilə bağlı birinci fəsildə yazır: “Feili sifət həm feilin, həm də sifətin xüsusiyyətini ifadə edir. Feili sifetin bu iki xüsusiyyətə malik olması onun tədqiqi işini çətinləşdirmiş, … feili sifet
İndirmeler
Referanslar
Mirzəyev, H, (2006). Azərbaycan dilində feil. Bakı, “Elm”
Tağızadə, Z.X. (1963). Müasir Azərbaycan dilində feili quruluş. Bakı.
Cəfərov, S. (1949). Müasir Azərbaycan dili. Bakı.
Abdullayev, Ə.Z. (1962). Müasir Azərbaycan dili. Sintaksis. Bakı.
Dəmirçizadə, Ə. (1961). Müasir Azərbaycan dilinin morfologiyası. Bakı.
İndir
Yayınlanmış
Nasıl Atıf Yapılır
Sayı
Bölüm
Lisans
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisanslanmıştır.