Linqvokulturologiyanın Müasir Problemləri

Yazarlar

DOI:

https://doi.org/10.5281/zenodo.14611023

Anahtar Kelimeler:

linqvokulturologiya, müasir problem, tezis

Özet

Dil haqqındakı elmin XIX əvvəllərindən başlayaraq müxtəlif məktəblərə, XX əsrin əvvəllərindən ayrı- ayrı multidissiplinar sahələrə bölünməsi çox ciddi müzakirələrlə müşayiət olunmuşdur. Yeni əsrin əvvəllərindən isə rəngarəng məktəblərə və sahələrə “Tezis- antitezis- sintez” məntiqi ilə ümumiləşdirici baxış meylləri güclənməkdədir. Ancaq bu, mexaniki deyil, analitik- metodoloji bir ümumuləşdirmədir ki, hər bir məktəbin və sahənin fəaliyyət hüdudlarını, problemlərini müəyyənləşdirməyə imkan verir. Məqalənin aktuallığını məhz bu cəhət, yəni linqvokulturologiyanın multidissiplinar sahə olaraq bir neçə on illik təcrübədə qazandığı uğurların, rastlaşdığı çətinliklərin müasir mövqedən işıqlandırılması təşkil edir. Linqvokulturologiya öz elmi-metodoloji köklərini etnolinqvistikadan alsa da, keçən əsrin sonlarından başlayaraq müstəqil multidissiplinar sahə kimi linqvistika ilə kulturologiyanın hüdudunda inkişaf etməkdədir. Artıq müxtəlif sistemli dillərə tətbiq əsasında zəngin material bazasına, kifayət qədər geniş tədqiqat texnologiya və üsullarına malik bu sahə Azərbaycanda da öz mövqelərini möhkəmləndirməkdədir. Azərbaycan linqvokulturologiyasının ilk təcrübələri ümumən türk mənşəli Azərbaycan dilinin bu baxımdan bir də ona görə münbit obyekt olduğunu təsdiq edir ki, burada – Azərbaycan dilində həm türk, həm ərəb, həm də fars mənşəli elementlərin çox zəngin linqvokulturuloji əlaqələri mövcuddur. Bu isə tədqiqatçı qarşısında son dərəcə cəzbedici, eyni zamanda sistem-struktur və praqmatik nəzər nöqtəsindən maraqlı bir “mənzərə” yaradır

İndirmeler

İndirme verileri henüz mevcut değil.

Referanslar

Abdullayev Ə. (2006). Koqnitiv dilçiliyin əsasları. Bakı:“Sabah”.

Adilov M., Verdiyeva Z., Ağayeva F. (2019). Dilçilik problemləri. Bakı: “Elm”.

Adilov M., Verdiyeva Z., Ağayeva F. (2020). İzahlı dilçilik terminləri lüğəti, Bakı: “Elm və təhsil”.

Axundov A. (2006). Ümumi dilçilik. Bakı: “Şərq- Qərb”.

Boas F. (2013). “Amerika hindu dillərinə dair əl kitabı”na giriş. BakıAzAtam.

Cəfərov Q. (2020). Ümumi dilçilik müntəxabatı. Bakı: “Elm və təhsil”.

Cəfərov N. (2016). Etnoloji etüdlər, Bakı: “Elm və təhsil”

Cəfərov N. (2023). Ümumi dilçilik. Bakı: “Təhsil”.

Rəcəbli Ə. (2021). Koqnitiv dilçilik. Bakı:“Elm və təhsil”.

Sössür F. (2018). Ümumi dilçilik kursu. Bakı: Azərbaycan Tərcümə Mərkəzi.

Veysəlli F. (2015). Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri. Bakı: “Mütərcim”

Звегинцев В.А. (1960). Теоретиколингвистические предпосылки гипотезы Сепира – Уорфа. – Новое в лингвистике, выпуск 1, М., изд. иностранной литературы, стр. 111- 134.

Маслова А.Ю. (2001). Лигвокультурология, М., Академия

Маслова А.Ю. (2007). Введение в прагмалингвистику, М., «Флинта», «Наука».

İndir

Yayınlanmış

2024-12-30

Nasıl Atıf Yapılır

Abdullayeva, A. . (2024). Linqvokulturologiyanın Müasir Problemləri. EUROASIA JOURNAL OF SOCIAL SCIENCES & HUMANITIES, 11(41), 58–66. https://doi.org/10.5281/zenodo.14611023

Sayı

Bölüm

Makaleler