Quick Access


Bu Dergi DOI ve Crosscheck üyesidir


Summary


SADƏ CÜMLƏNİN SİNTAKTİK SEMANTİKASININ FORMALAŞMASINDA CÜMLƏ İLƏ BAĞLI XÜSUSİYYƏTLƏRİN ROLU

Məqalə doktorluq dissertasiyası üçün nəzərdə tutulmuşdur. Dissertasiyanın məzmununun ifadəsinə xidmət etmək məqsədi ilə yazılmışdır. Cümlənin mənalar toplusunun diqqətə çatdırılması və azərbaycan dili materialları əsasında şərh edilməsi işində bu məqaləni faydalı hesab edirik. Cümlənin mənalar toplusu müvafiq daraq üçün qrupda müəyyənləşdirilmşidir: leksik, qrammatik və intonasiya. Bu məna qruplarının hər birinin səciyyəvi əlamətləri və semantik vasitələrinin ayrı-ayrı dil faktları ilə əlaqəli izahı istiqamətində məqalənin xüsusi mövqeyi vardır. Fonetik, leksik və qrammatik dil hadisələrinin kompleks halda sintaktik semantikanın formalaşmasını təzahür etdirməsi məqalənin sas ideyalarından sayılır. Modal sintaktik semantika və sintaktik struktur-semantikanın paralel inkişafının inikası da məqalənin qayəsinin göstəricilərindəndir. Ümumiyyətlə, cümlənin istər sintaktik-struktur, istərsə də semantik-struktue cəhətinin formalaşmasında iştirak edən leksik-qrammatik, o cümlədən intonasiya vahidləri bütövlükdə sintaktik semantik sadə cümlənin yeni aspektinin araşdırılması üçün əlverişli zəmin yaradır.Sintaktik semantikanın sadə cümlənin üslub-semantik çalarlarının məzmununu müəyyənləşdirməkdə də kifayət qədər dolğun mövqeyi vardır. Sadə bir cümlənin sintaktik semantikasını təşkil edən ən vacib element cümlə ilə əlaqəli olan xüsusiyyətlərdir.



Keywords
sintaktik semantika, semantik quruluş, fono-semantik, leksik-semantik məntiqi cümlə, qrammatik quruluş, sadə cümlə.

References

Advanced Search


Announcements


Address :Göztepe Mah., Beykoz, Istanbul/TURKEY
Telephone :+90 551 621 70 76 (Turkey) Fax :+90 216 606 32 75
Email :editor@euroasiajournal.com

Web Yazılım & Programlama Han Yazılım Bilişim Hizmetleri