Quick Access


Bu Dergi DOI ve Crosscheck üyesidir


Summary


DILINDƏ İŞLƏNƏN ƏRƏB LEKSİK VAHİDLƏRİ BAXIMINDAN FÜZULİNİN AZƏRBAYCAN ƏDƏBİ DİL TARİXİNDƏKİ MÖVQEYİ

Məqalədə göstərilir ki, əgər XVI əsr Azərbaycan ədəbi dili orta əsrlər ədəbi dilinin zirvə dövrüdürsə, Füzuli də bu dili bütün potensialını ortaya qoya bilən ən yüksək yaradıcılıq nümunəsidir. Füzuli əgər öz yaradıcılığında türk-Azərbaycan mənşəli leksik vahidlərin semantikasını nə qədər müvəffəqiyyətlə açmağa qadir olmuşdursa, eyni zamanda, dilində işlətdiyi ərəb mənşəli leksik vahidlərin semantik baxımından açılmasında və onların Azərbaycan ədəbi dili tərəfindən qəbul edilib vətəndaşlıq hüququ almalarında da bir o qədər müvəffəq olmuşdur. Məhz Füzuli sənətinin, Füzuli dilinin nəticəsində Azərbaycan ədəbi dili hələ XVI əsrdə daha çox kommunikativ xüsusiyyətlər qazanmağa nail olmuş, və Qərb türkcəsinin Şərq türkcəsi ilə yaxınlaşmasında mühüm rol oynamışdır. Belə ki, əgər üslubi baxımdan arxaikləşən söz müəyyən üslubla əlaqədar olaraq, həqiqətən də, birdəfəlik öz ömrünü başa vurursa, yəni o sözün semantik çaları müəyyən bir üslubun ömrü qədər olursa, əksinə, ilkin mənasından uzaqlaşan, başqa sözlə desək, ilkin mənası arxaikləşən söz yeni semantik çalarlar əldə etməklə ömrünü daha da uzadır. Bu mənada, maraqlıdır ki, bizim dil tariximizdə Füzuli kimi elə şairlər var ki, sözün əcnəbi dildəki ilkin semantik mənası onun dilində daha çox qorunub saxlanılır. Və bu, təbii ki, həmin sənətkarın istifadə etdiyi, müraciət etdiyi dilə nə dərəcədə bələd olması ilə bağlıdır. Bu mənada, Füzuli da belə sənətkarlardandır. Belə ki, biz, Füzulinin dilində elə ərəb leksik vahidləri ilə rastlaşırıq ki, onlar ərəb dilindəki ilkin semantik çalarlarını daha çox qoruyub saxlayırlar. Bu mənada, ədəbi dil tariximizdə bəlkə də Füzuli ilə müqayisə oluna bilinəcək ikinci sənətkar yoxdur.



Keywords
Füzuli yaradıcılığı, ərəbcə, leksik vahidlər, sözlər, “Leyli Məcnun”, üslub, kommunikativ xüsusiyyətlər

References

Advanced Search


Announcements


Address :Göztepe Mah., Beykoz, Istanbul/TURKEY
Telephone :+90 551 621 70 76 (Turkey) Fax :+90 216 606 32 75
Email :editor@euroasiajournal.com

Web Yazılım & Programlama Han Yazılım Bilişim Hizmetleri