Quick Access


Bu Dergi DOI ve Crosscheck üyesidir


Summary


TÜRK QƏHRƏMANLIQ DASTANLARINDA MÖCÜZƏVİ GÜC MOTİVİNİN EPİK SEMANTİKASI

Türk dastanlarının ən ümdə xüsusiyyətlərindən biri onların mifoloji özəlliklərə sahib olmasıdır. Dastan qəhrəmanının izlənməsi zamanı bu özünü daha çox büruzə verir. Türk dastanlarının əksəriyyətində nəzir-niyazla, duayla, tanrıdan pay olaraq verilən və möcüzəvi şəkildə doğulan dastan qəhrəmanı ayla, illə deyil, günlərlə saatlarla böyüyür, sürətlə həddi-buluğa çatırlar. Bu uşaqlar böyüdükdə mütləq qeyri-adi istedada, cəngavərlik, bahadırlıq, xeyirxahlıq, əhdinə sadiqlik, ədalətlilik xüsusiyyətlərinə malik olub, vətən, yurd, sevgili, ailə və digər məqsədlər uğrunda mübarizələrə, sınaqlara məruz qalır, qəhrəmanlıqlar göstərirlər. Hələ dastanın giriş bölümündən başlayaraq sonsuz valideynlərə möcuzəvi şəkildə övlad verilməsi, bir içim sudan, su üzündə bir parça köpükdən, göydən düşmüş dolu dənəsindən, dərvişin, cadugərin, sehrkarın ağzının suyundan, bir yarpaqdan, bir çiçəyi, bir gülü iyləməkdən, bir almanı, bir narı, başqa bir meyvəni yeməkdən, bir nəfəsdən, bir quru kəllənin tozundan ananın hamilə qalması, vəqti-müəyyəndən sonra doğulan uşağın da əksərən fövqəladə xüsusiyyətlərə malik olması, qəhrəmanın ayla, illə deyil, günlə, saatla böyüməsi, qəhrəmanın ox atıb-qılınc çalıb, vəhşi heyvanlarla savaşıb ad alması, evlənəcəyi qız üçün buta sınaqlarına məruz qalması türk dastan qəhrəmanının ana bətninə düşdüyü andan etibarən fövqəladə güclərlə əlaqəsinin bariz nümunəsidir. Dastan boyu müxtəlif mübarizələrdə, sınaqlarda qələbə çalmaq, yerinə yetirilməsi ağır və təhlükəli olan imtahanlardan uğurla çıxmağın öhdəsindən ancaq möcüzəvi güclərə malik olan qəhrəman, alp, bahadır gələ bilər. Bu fövqəladə güc isə əsasən iki xüsusla bağlıdır: Qəhrəman özü tanrıdan gələn möcüzəvi güc sahibidir və qəhrəmana fövqəltəbii qüvvələr yardım edir. Araşdırmada türk dastan qəhrəmanının sınaqlardan keçərkən möcüzəvi güc nümayiş etdirməsi, fövqəladə bacarıqlarla düşmənə qalib gəlməsi, zəfər çalması sehrli gücə, qüvvəyə sahib olan yeraltı və yerüstü varlıqlarla döyüşlərdən, mübarizələrdən zəfərlə çıxmasının epik semantik xüsusiyyətləri tədqiqata cəlb edilmiş, türk dastan qəhrəmanlarının qeyri-adi xüsusiyyətləri, özəllikləri təsvir olunmuşdur. Tədqiqatda ilk dəfə dastan qəhrəmanının möcüzəvi güclərlə bağlılığını əks etdirən sınaq və onun formaları sistemləşdirilmişdir.



Keywords
türk, dastan, qəhrəman, möcüzəvi, güc

References

Advanced Search


Announcements


    Ekim Sayısı

    Değerli Bilim İnsanları! Dergimizin Ekim sayısına makale yükleyebilirsiniz.



Address :Göztepe Mah., Beykoz, Istanbul/TURKEY
Telephone :+90 551 621 70 76 (Turkey) Fax :+90 216 606 32 75
Email :editor@euroasiajournal.com

Web Yazılım & Programlama Han Yazılım Bilişim Hizmetleri