Quick Access


Bu Dergi DOI ve Crosscheck üyesidir


Summary


Folklor mətnlərində köməkçi nitq hissələrinin strukturu

XÜLASƏ Qoşma, bağlayıcı, ədat folklor mətnlərində çox işlənən köməkçi nitq hissələrindən olub, struktur baxımdan rəngarəng formalarda özlərini göstərirlər. Bu nitq vahidlərinin quruluş baxımından müxtəlif şəkillərdə işlənməsi hər şeydən əvvəl mətnin situasiyası ilə əlaqədardır. Mətn dedikdə yazıya alınmış nitq parçası, söyləm nəzərdə tutulur və mikro və makromətnlərin yaranmasında hər üç köməkçi nitq hissəsi fəal iştirak edir.Qoşmalarda idarə etmək xüsusiyyəti qabarıq olduğundan, bağlayıcılar mətn komponentlərini, həmçinin böyük mətnləri bağlayan ən çevik vahid kimi çıxış etdiyindən, ədatlar bir sözə, söz birləşməsinə, bütöv cümləyə aid olduğundan nitq aktlarında müxtəlif formalarda özlərini göstərirlər. Qoşmaların strukturu ilə bağlı Azərbaycan dilçiliyində mübahisələr mövcuddur və bəzi ədəbiyyatlarda bu köməkçi nitq hissəsinin struktur baxımından iki növünün olduğu qeyd edilir: 1) Sadə qoşmalar 2) Mürəkkəb qoşmalar Bağlayıcılar təkrar, həm də başqa bağlayıcılar və bağlayıcı vasitələrlə birgə işlənməklə yeni-yeni bağlayıcı vasitələrin meydana gəlməsinə səbəb olur və bu zaman bu köməkçi nitq hissəsinin müxtəlif şəkil və formaları, quruluşları yaranır. Bütün bunları nəzərə alaraq bağlayıcıları quruluşca üç növə ayırırlar: 1) Sadə bağlayıcılar 2) Düzəltmə bağlayıcılar 3) Mürəkkəb bağlayıcılar Folklor mətnlərində quruluşca hər üç növdən olan bağlayıcılar aktiv şəkildə iştirak edir. Mətnlərdə bir sintaktik əlaqənin bir neçə leksik vahidlə ifadə olunması sintaktik yükün bir neçə vahid arasında bölüşdürülməsinə səbəb olur ki, bu məqamlarda da hər üç quruluşdan olan bağlayıcılar mühüm rol oynayırlar. Bir köməkçi nitq hissəsi kimi ədatların qurluşca növləri məsələsi hələ də Azərbaycan dilçiliyində problem olaraq qalmaqdadır. Ədatların tədqiqi tarixini izlədikcə aydın olur ki, müasir Azərbaycan dilində bu köməkçi nitq hissəsinin öyrənilməsinə çoxlu sayda məqalə və iri həcmli əsərlər həsr olunsa da, bu köməkçi sözlər qrupunun quruluşca növlərinin dəqiqləşdirilməsi və başqa sözlə desək, onların quruluşca növlərinin olub-olmaması məsələsi dilçiliyimizdə hələ də ətraflı araşdırılmamışdır. Yalnız professor Buludxan Xəlilov “ Müasir Azərbaycan dilinin morfologiyası” adlı dərs vəsaitində ədatların quruluşca üç növünün - sadə, düzəltmə, mürəkkəb olduğunu göstərmiş və biz də bu təsnifə əsaslanaraq folklor mətnlərində çıxış edən ədatları qısaca olaraq bu təsnif əsasında şərh etməyə çalışdıq. Bir sözlə, məqalədə folklor mətnlərində əksini tapan köməkçi nitq hissələrinin quruluş xüsusiyyətləri şərh edilir və onların struktur tipləri aşkara çıxarılır.



Keywords
Quruluş, folklor, mətn, situasiya, nitq hissələri

References

Advanced Search


Announcements


    Haziran Sayısı

    Değerli Bilim İnsanları! Dergimizin Ağustos sayısına makale yükleyebilirsiniz.



Address :Göztepe Mah., Beykoz, Istanbul/TURKEY
Telephone :+90 551 621 70 76 (Turkey) Fax :+90 216 606 32 75
Email :editor@euroasiajournal.com

Web Yazılım & Programlama Han Yazılım Bilişim Hizmetleri